16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha 26 dövlət əmlakı hərraca çıxarılacaq
Tarix: 16-04-2021 15:19 | Bölmə: İqtisadiyyat
Daha 26 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 11-də növbəti dəfə hərrac təşkil edəcək.

Reyting.az
nazirliyə istinadla xəbər verir ki, hərraca 26 dövlət əmlakı (nəqliyyat vasitəsi) çıxarılacaq. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: https://emlak.gov.az/news/view/6677-11-may-2021-ci-il-tarixd%C9%99-h%C9%99rraca-%C3%A7%C4%B1xar%C4%B1lan-n%C9%99qliyyat-vasit%C9%99l%C9%99rinin-siyah%C4%B1s%C4%B1

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (https://emlak.gov.az/) və yaxud Özəlləşdirmə portalından (http://privatization.az/index.php/az/) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (https://emlak.gov.az/) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (https://emlak.gov.az/) ​​​​​​​ “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}