21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Sosial müavinətlərlə bağlı qərarlarda dəyişiklik edilib
Tarix: 20-04-2021 20:18 | Bölmə: İqtisadiyyat
Sosial müavinətlərlə bağlı qərarlarda dəyişiklik edilib

Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı müvafiq qərarlarında dəyişiklik edilib.

Reyting.az
-ın məlumatına görə, Nazirlər Kabinetinin qərara verdiyi izahda bildirilib ki, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda edilmiş dəyişikliklərə əsasən, Nazirlər Kabinetinin müvafiq qərarlarında “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək)” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının” sözləri ilə əvəz edilib.

Digər aktlarda bu kimi bir sıra müvafiq dəyişikliklər aparılıb.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər