21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
SOCAR-la bağlı daha 3 yeni komitə yaradılıb, təyinatlar olub 
Tarix: 28-04-2021 16:15 | Bölmə: İqtisadiyyat
SOCAR-la bağlı daha 3 yeni komitə yaradılıb, təyinatlar olub 

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.

Reyting.az
Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir ki, iclasda ölkə prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Holdinqin baş icraçı direktorunun müavini Zaur Qurbanov MŞ-nın fəaliyyətinin təşkili barədə təqdimatla çıxış edib.

İclasda Şuranın fəaliyyətində səmərəliliyin artırılması, Şirkətin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri müzakirə olunaraq təsdiq edilib. Ümumilikdə, bu məqsədlə 3 komitə yaradılıb, rəhbərləri və korporativ katibi təyin edilib.

MŞ-nın və SOCAR-ın icra orqanının üzvləri arasında keçirilən görüşdə isə şirkətin 2021-ci il üçün maliyyə planı müzakirə olunub.

Xatırladaq ki, MŞ ölkə prezidentinin “Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər