21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazir: “Böyük yeddilik” Rusiya və Çin təbliğatına qarşı mexanizm üzərində işləyir”
Tarix: 02-05-2021 16:49 | Bölmə: İqtisadiyyat
Nazir: “Böyük yeddilik” Rusiya və Çin təbliğatına qarşı mexanizm üzərində işləyir”

“Böyük yeddilik” ölkələri Rusiya və Çin təbliğatına qarşı mübarizə mexanizmi üzərində işləyir”.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab bəyan edib.

Onun sözlərinə görə, “G7” ölkələri xüsusilə də Rusiyadakı seçki prosesinə müdaxilə barədə bu ölkənin mətbuatında yayılan dezinformasiya xarakterli məlumatlara qarşı birgə reaksiya göstərməli, faktlara əsaslanan tutarlı cavab verməlidir.

Qeyd edək ki, 3-5 may tarixləri arasında “Böyük Yeddilik” ölkələrinin xarici işlər nazirləri Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel, habelə Avstraliya, Cənubi Koreya, Hindistan və Cənubi Afrika Respublikasından olan nümayəndələrin iştirakı ilə Londonda danışıqlar aparacaq/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər