21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
7000-dən çox əlillik təyinatı ləğv edilib
Tarix: 05-05-2021 15:30 | Bölmə: İqtisadiyyat
7000-dən çox əlillik təyinatı ləğv edilib

Son illərdə 7000-dən çox saxta, əsassız əlillik təyinatı ləğv edilib. Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bildirib.

Agentlik sədri deyib ki, bununla da illik 30 milyon, aktuar hesablamalara əsasən, uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb:

“Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır:

"Əlillik geridönməz hallarda müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər