21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycana gətirilən tütün məmulatlarının aksiz dərəcəsi artırılıb
Tarix: 05-05-2021 17:58 | Bölmə: İqtisadiyyat
Azərbaycana gətirilən tütün məmulatlarının aksiz dərəcəsi artırılıb

Bu gündən ölkəyə idxal edilən tütün məmulatlarının aksiz dərəcəsi artırılıb.

Nazirlər Kabinetinin 5 aprel tarixli “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərarına əsasən, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlərin 1 kq-ı üçün 30 manat aksiz vergisi tətbiq olunacaq.

Eyni zamanda, həmin qərara görə, ölkəyə idxal edilən, tərkibində tütün olan siqaretlərin və tərkibində tütün siqarillaların 1000 ədədi üçün 43 manat aksiz vergisi müəyyən edilib. Əvvəl bu vergi 39 manat təşkil edirdi.

Həmçinin, ölkəyə idxal edilən elektron siqaretlər üçün mayenin 1 litri üçün 100 manat aksiz vergisi tətbiq olunacaq. Əvvəl bu rəqəm 20 manat idi.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına da aksiz vergisi tətbiq olunacaq. Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədi üçün 12,9 manat aksiz vergisi müəyyənləşib.

Qərar bu gündən qüvvəyə minib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər