21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
BMT: "Son 5 ilin ən ciddi ərzaq böhranı yaşanır"
Tarix: 05-05-2021 20:39 | Bölmə: İqtisadiyyat
BMT: "Son 5 ilin ən ciddi ərzaq böhranı yaşanır"

Ərzaq təhlükəsizliyilə bağlı kəskin vəziyyətlə üzləşən, həyatda qalmaq üçün təcili yardıma möhtac olan insanların sayı son 5 ilin ən yüksək həddinə çatıb.

Bu barədə Ərzaq Böhranlarına qarşı Qlobal Şəbəkənin hesabatında bildirilir. Belə ki, pandemiyanın tüğyan etdiyi 2020-ci ildə münaqişələr, iqtisadi böhranlar, təbii fəlakətlər nəticəsində 55 ölkə və bölgənin azı 155 milyon sakini kəskin aclıqla üzləşib ki, bu da əvvəlki ilə nisbətən 20 milyon nəfər çoxdur. Bununla da ilk belə hesabatın açıqlandığı 2017-ci ildən bu yana dünyada ərzaq təhlükəsizliyi böhranının durmadan artması bir daha məlum olub.

Əvvəllər daha çox Afrika ölkələrində qarşıya çıxan ərzaq təhlükəsizliyi əskikliyi probleminin artıq Əfqanıstan, Suriya, Yəmən, Haiti kimi ölkələrə də sirayət etdiyi, ötən il ən kəskin ərzaq böhranı ilə üzləşən on ölkə sırasına sadalananların daxil olduğu bildirilir.

Aclıq problemini şərtləndirən başlıca amillər arasında silahlı münaqişələr, bir çox hallarda COVID-19 pandemiyasının xüsusi rol oynadığı iqtisadi sarsıntılar, habelə meteorologiya əsaslı təbii fəlakətlər qeyd olunur.

Ərzaq Böhranlarına Qarşı Qlobal Şəbəkə 2016-cı ildə FAO, Avropa İttifaqı, Dünya Ərzaq Proqramı tərəfindən ərzaq böhranlarına qarşı mübarizə üçün təsis olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər