17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Dünya bazarında neftin qiyməti qalxıb
Tarix: 06-05-2021 11:50 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neftin qiyməti qalxıb

Dünya bazarında bu gün neftin qiymətində artım müşahidə olunub.

“İnterfaks” xəbər verir ki, Bakı vaxtı ilə saat 10:03-də Londonun “ICE Futures” birjasında “Brent” neftinin iyul fyuçerslərinin qiyməti bir barel üçün 69,11 ABŞ dolları təşkil edib. Bu, əvvəlki qiymətdən 0,15 dollar (0,22 faiz) çoxdur.

Dünən isə “Brent”in iyul fyuçersləri 0,08 dollar (0,1 faiz) bahalaşaraq bir bareli 68,96 dollara satılıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) WTI neftinin iyun fyuçerslərinin qiyməti hazırda bir barel üçün 65,67 dollar təşkil edir ki, bu da əvvəlki qiymətdən 0,04 dollar (0,06 faiz) çoxdur.

Dünən WTI fyuçerslərinin iyun qiyməti 0,06 dollar (0,1 faiz) azalaraq bir barel üçün 65,63 ABŞ dolları təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}