21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazirlik 16 obyekti cərimələyib
Tarix: 06-05-2021 16:22 | Bölmə: İqtisadiyyat
Nazirlik 16 obyekti cərimələyib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqlər keçirib.

Nazilrikdən Reyting.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 4-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektlərində, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalarda, “Müasir Stomatologiya-Stomatoloji klinika”da, ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər