21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır
Tarix: 08-05-2021 14:05 | Bölmə: İqtisadiyyat
Dünya Bankı Azərbaycana kredit ayırmağa hazırdır

Dünya Bankı Azərbaycana Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə ildə 300-500 milyon ABŞ dolları həcmində kredit ayırmağa hazırdır.

Məlumata görə, Dünya Bankı Qrupunun Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiqlənmiş, müddəti bu il iyunun 30-da başa çatacaq 2021-ci maliyyə ilinədək uzadılmış Ölkə Tərəfdaşlıq Çərçivəsi (CPF) ilə tənzimlənir.

Belə ki, ilkin olaraq 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuş CPF 2020-ci ildə aparılan müvafiq araşdırmadan sonra bir il uzadıldı. Bununla yanaşı, öncül sahələr olaraq dövlət sektoru (idarəçilik və xidmətlər) və iqtisadi rəqabətcillik təsdiqləndi. İqtisadi rəqabətcillik insan kapitalına, infrastruktura, dayanıqlı təsisatlara yatırımlar vasitəsilə ölkənin nef-qaz sənayesindən asılılığını azaltmaq, kənar təsurlərə daha dayanıqlı hala gətirmək kimi strateji hədəflə həmahəngdir.

2015-ci ildən bu yana DB 1,2 milyard dollar həcmində beş yeni sərmayə layihəsinə vəsait ayırıb ki, bunlar arasında TANAP da var. Dünya Bankının Azərbaycanda 2020-2021-ci maliyyə illəri üçün fəaliyyət planı və kreditlər zərfi əvvəlki kimi saxlanıldı. Ötən ilin mart ayında məhkəmə xidmətlərinin inkişafı və ağıllı infrastruktur layihəsi üçün əlavə 50 milyon dollar, habelə məşğulluğa dəstək layihəsi üçün 100 milyon dollar məbləğində kredit ayrılıb.

Həmçinin ölkənin özəl sektorunda da infrastruktur, İKT, FinTech, sosial xidmətlər əsas götürülməklə aparılacaq araşdırmalar COVID-19-dan sonrakı bərpa təşəbbüslərinin hazırlanmasını dəstəkləyəcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər