21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
XİN: "Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir"
Tarix: 10-05-2021 16:42 | Bölmə: İqtisadiyyat
XİN: "Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir"

“Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir. 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,889 mlrd. ABŞ dolları olub”.

Bu barədə Rusiya Xarici İşlər nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.

Məlumatda bildirilir ki, Rusiyanın Azərbaycana qoyduğu birbaşa investisiyaların həcmi 4,5 mlrd. dollar, Azərbaycanın Rusiyaya investisyalarının həcmi isə 1,5 mlrd. dollar olub. Respublikada 900-dən çox birgə kompaniya fəaliyyət göstərir. Onlardan 300-ə yaxını yüz faizlik Rusiya kapitalı ilə olan şirkətdir.

“Rusiya-Azərbaycan-İran arasında enerji körpüsünün yaradılması məsələsi üzərində iş gedir.

Regionda güc balansının dəstəklənməsi nəzərə alınaraq qurulan Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığı mühüm xarakter daşıyır. Hökumətlərarası komissiya çərçivəsində də müvafiq işlər aparılır”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər