17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycanın daha 30 müəssisəsi Rusiyaya pomidor ixrac edəcək
Tarix: 13-05-2021 22:15 | Bölmə: İqtisadiyyat
Azərbaycanın daha 30 müəssisəsi Rusiyaya pomidor ixrac edəcək

Rusiya Azərbaycanın daha 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verib.

Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Bildirilib ki, 14 may tarixindən Azərbaycanın 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verilib.

Qurum məlum qərarın birgə videoyoxlama zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrinə əsasən, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verildiyini açıqlayıb.

Qeyd edək ki, “Rosselxoznadzor” ötən ilin dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalının müvəqqəti məhdudlaşdırılması haqqında qərar verib. 2021-ci ildən isə qurum müntəzəm olaraq Azərbaycanın bir sıra müəssisələrindən pomidor və alma idxalını bərpa edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}