21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Fitch" Azərbaycanın reytinq üzrə proqnozunu yüksəldib
Tarix: 16-05-2021 10:38 | Bölmə: İqtisadiyyat
"Fitch" Azərbaycanın reytinq üzrə proqnozunu yüksəldib

"Fitch Ratings" beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib.[b][/b]

"Fitch" agentliynin verdiyi məlumata görə, ölkənin xarici və yerli valyutada emitentin qısamüddətli defolt reytinqi "B" səviyyəsində təsdiq olunub. Reytinqin gücü COVID-19 pandemiyası fonunda özünü qoruyub və hazırda neftinqiyməti üzrə "Fitch"in yeni yüksək proqnozu tərəfindən dəstəklənir. Yeni COVID-19 dalğası və ya Dağlıq Qarabağdakı hərbi münaqişənin yenilənməsininsuveren maliyyə buferlərinə mənfi təsir etməsi riski noyabrdan bəri azalıb.

"Reytinq Azərbaycanın çox güclü xarici sektorunun statistikası, aşağı dövlət borcu və Neft Fondunun böyük aktivləri hesabına yaranan maliyyələşdirmə çevikliyi və biznesinəlverişli mühiti ilə dəstəklənir. Bank sektorunun yüksək dollarlaşması və karbohidrogen sektorundan asılılıq (ÜDM-in təxminən 40%-i, ixracın 86%-i və maliyyə gəlirlərinin üçdə ikisini təşkil edir) reytinqə mənfi təsir göstərir", -deyə agentliyin analitikləri bildirir.

Qeyd edək ki, "Fitch" Azərbaycanın ölkə tavanını və uzunmüddətli üstün hüquqa malik təminatsız öhdəlikləri reytinqini "BB+" səviyyəsində qiymətləndirir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər