21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xudafərin körpülərini Azərbaycan və İran müştərək bərpa edəcək - Nazir
Tarix: 15-06-2021 12:12 | Bölmə: İqtisadiyyat
Xudafərin körpülərini Azərbaycan və İran müştərək bərpa edəcək

“Tarixi Xudafərin körpüsü İran və Azərbaycan arasında müştərək bərpa olunacaq”.

Reyting.az
IRNA-ya istinadla xəbər verir ki, bunu Mədəni irs, turizm və sənətkarlıq naziri Əli Əsgər Monsan bildirib.

Onun sözlərinə görə, İranla Azərbaycan Respublikası arasında ortaq tarixə daha çox diqqət yetirilməlidir. “Xudafərindəki tarixi abidələr, təəssüf ki, illər ərzində ciddi ziyan çəkib. Bu tarixi abidələrin Azərbaycan Respublikası ilə paylaşıldığını nəzərə alaraq, azərbaycanlı həmkarımızla məsləhətləşmələr gündəmdədir. Onların birgə bərpa və qeydiyyatına əlavə olaraq, həmin bölgədə iki ölkə arasında turizmi inkişaf etdirəcəyik”.

Xatırladaq ki, Araz çayının ensiz yerində bir-birindən 800 metr məsafədə 2 körpü mövcuddur. Hər iki körpü mühəndislik və memarlıq baxımından fərqlidir. Onlardan biri ağ daşdan tikilib, 11 tağı var, hündürlüyü 12 metr, uzunluğu 130 metrdir. Kərpicdən olan digər körpü 200 metr uzunluğunda, 4,5 metr enindədir və 15 tağı var.

Körpülər XIII əsrə aid edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər