21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ölkəmizdəki sığorta şirkətlərindən biri ləğv edilib
Tarix: 16-06-2021 14:17 | Bölmə: İqtisadiyyat
Ölkəmizdəki sığorta şirkətlərindən biri ləğv edilib

"Başak-İnam Sığorta Şirkəti" ASC ləğv olunduğunu elan edib.

Reyting.az
xəbər verir ki, bu barədə "Vergilər" qəzetində məlumat yayılıb. Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, ev 79 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Başak-İnam Sığorta Şirkəti" 1996-cı ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 7 mln. manatdır.

Qeyd edək ki, cari ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Amrah Sığorta" və "AXA MBask" sığorta şirkətlərinin lisenziyaları ləğv olunub. Bununla da ölkədə fəaliyyət göstərən sığorta şirkət 22-dən 20-yə düşmüşdü.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər