21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Əmək pensiyaları və əlilliklə bağlı dəyişiklik olacaq
Tarix: 17-06-2021 10:37 | Bölmə: İqtisadiyyat
Əmək pensiyaları və əlilliklə bağlı dəyişiklik olacaq

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Reyting.az
-ın məlumatına görə, bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilir.

Təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər