ƏƏSMN: "190 manatlıq ödəmənin verilməsi dayandırılıb"
Tarix: 25-06-2021 11:56 | Bölmə: İqtisadiyyat
ƏƏSMN: "190 manatlıq ödəmənin verilməsi dayandırılıb"

“Pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb. Bunu gündəlik yoluxma sayında da görürük”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı deyib.

Sədr müavini bildirib ki, pandemiya dövründə 6 dəfə vətəndaşlara 190 manat birdəfəlik ödənişlər edilib:

“Hazırda ölkədə vəziyyət normala düşdüyündən ödəmənin verilməsi dayandırılıb. Birdəfəlik ödənişin yenidən verilməsi Nazirlər Kabinetinin qəbul edəcəyi qərardır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}