21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Ermənistan türk məhsullarının ümidinə qalıb
Tarix: 27-06-2021 18:55 | Bölmə: İqtisadiyyat
Ermənistan türk məhsullarının ümidinə qalıb

“6 ay müddətinə Türkiyənin istehlak mallarının idxalına qoyulan qadağa daha əvvəl atılan addımların məntiqi davamı idi. Türk məhsullarının Ermənistana idxalını tamamilə qadağan etməyə çalışırıq”.

Reyting.az
erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Varos Simonyan deyib.

Nazir müavini bildirib ki, bəzi iş adamları qadağanın qüvvəyə minməsindən əvvəl də türk məhsullarının idxalını dayandırıblar: “Bu anda Türkiyədən idxalın ümumi həcmi 22 milyon dram təşkil edib. Bunlar da yalnız xammaldır - toxuculuq, dəri, bəzi tikinti materiallarıdır və bunlar iqtisadiyyatımızda fəaliyyət göstərən sənaye sahələrində istifadə olunur”.

Ermənistanda niyə hələ də türk məhsullarının mağazalarda olmasının səbəbinə gəldikdə nazir müavini deyib ki, bəzi idxalçılara müqavilə öhdəliklərini yerinə yetirmələrinə icazə veriblər.

Erməni mediası isə qeyd edir ki, idxalın qadağan edilməsi ilə bağlı yeni qərarda bu müddəa yoxdur.

Nazir müavini türk məhsullarını sonrakı sifarişlərindən xaric etmək üçün idxalçılara məqbul bir müddət verildiyini qeyd edib. Türk məhsullarının hansı ölkədən idxal olunmasına baxmayaraq qadağan edildiyini bildirən nazir müavini əsas alternativ bazarların Avropa İttifaqı ölkələri, İran və Çin olduğunu diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər