21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
20 sığorta şirkəti 398,001 milyon manat sığorta haqqı toplayıb
Tarix: 29-06-2021 14:54 | Bölmə: İqtisadiyyat
20 sığorta şirkəti 398,001 milyon manat sığorta haqqı toplayıb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 398,001 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Reyting.az
xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 208,233 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48,6 faiz çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 33,9 manat olub.(Fins.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər