21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Keçmiş nazirin bir milyon manat borcu var
Tarix: 29-06-2021 15:19 | Bölmə: İqtisadiyyat
Keçmiş nazirin bir milyon manat borcu var

2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayan və Azərbaycanın ən “yırtıcı” nazirlərindən olmuş Fazil Məmmədova məxsus “AtaHolding”in büdcəyə 1 milyon manata yaxın vergi borcu var. Artıq bir neçə ildir sabiq vergilər nazirinə aid olduğu bildirilən “AtaHolding”in maliyyə durumu pisləşdiyindən, bu biznes strukturunun tam iflasın astanasında olduğu barədə məlumatlar var.

Digər şirkətlərə, banklara olan borcları ilə yanaşı, “AtaHolding” MMC-nin 29 iyun 2021-ci il tarixinə 927 940 manat həcmində vergi borcu da var.

Bununla yanaşı, “Banker.az”-ın xəbərinə görə, holdinqin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə məhkəmə çəkişməsi də mövcuddur. Belə ki, DVX-nin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti holdinq barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Yəni ki, F. Məmmədovun uzun illər rəhbərlik etdiyi nazirlik onun öz şirkətini məhkəməyə verib.

Xatırladaq ki, “AtaHoldinq” 2003-cü ildə yaradılmaqla 40 mln. manat nizamnamə kapitalına sahibdir. Holdinq, ölkədə texnologiya, idman, turizm lizinq və sığorta kimi sahələrdə biznes fəaliyyətinə malikdir. Lakin son illər, xüsusilə də F. Məmmədov nazir postu ilə vidalaşdıqdan sonra onun biznes imperiyası da “çat verməyə” başlayıb. Onun “Atabank” da daxil olmaqla, bir çox biznes subyektləri ya əlindən alınıb, ya da müflis olaraq, bağlanıb. Nəticədə çoxlu sayda vətəndaş işsiz qalıb, nazirin şirkətlərilə əməkdaşlıq edən böyük sayda iş adamı ciddi zərər görüb, “Atabank”ın əmanətçiləri olan sıravi vətəndaşlar çıxılmaz vəziyyətdə qalıb və s. (“AzPolitika.info”)

Yəni ki, F. Məmmədovun işlədiyi dövrdə dövlətə, xalqa, iqtisadiyyata, biznesə vurduğu ziyan azmış kimi, vəzifədən çıxarılandan sonra da ölkəyə zərər vurmaqda davam edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər