Xudafərin körpülərinin təmiri: sponsor İranın Energetika Nazirliyidir
Tarix: 29-06-2021 18:51 | Bölmə: İqtisadiyyat
Xudafərin körpülərinin təmiri: sponsor İranın Energetika Nazirliyidir

“İran və Azərbaycan Respublikası arasındakı ortaq razılaşmaya əsasən, Xudafərin körpülərinin təmirinə başlanılır”.

Reyting.az
“IRNA”ya istinadla xəbər verir ki, bunu İranın Mədəni İrs və Turizm Tədqiqat İnstitutunun direktoru Müseyb Əmiri bildirib.

Onun sözlərinə görə, bu tarixi və mədəni abidələr böyük əhəmiyyətə malikdir. “Körpülər İran və Azərbaycan Respublikasının ortaq mirasıdır. Təmir işləri ilə bağlı Tədqiqat İnstitutunda layihə işləri görülüb”.

Direktor vurğulayıb ki, təmir işlərinin maddi xərclərini İranın Energetika Nazirliyi öz üzərinə götürüb.

Xatırladaq ki, Xudafərin körpüləri Araz çayının ensiz zolağında yerləşir. Onlar ağ daşdan tikilib, 11 tağlı, 12 m. enində və 130 m. uzunluğundadır.

Digər körpü bişmiş kərpicdən tikilib, 200 m. uzunluğunda, 4,5 m. enində və 15 tağlıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}