21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Elektrik enerjisi ilə bağlı qiymət artımı əhaliyə aid deyil - Rəsmi
Tarix: 30-06-2021 18:25 | Bölmə: İqtisadiyyat
Elektrik enerjisi ilə bağlı qiymət artımı əhaliyə aid deyil

Azərbaycan Respublikasının Tarif Şurası elektrik enerjisi üzrə qərarına dair izahedici şərh verib.

Reyting.az
-ın məlumatına görə, Tarif Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər