21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Kreditini ödəyə bilməyənlərə cərimə faizi hesablanmayacaq - Deputat
Tarix: 04-07-2021 15:25 | Bölmə: İqtisadiyyat
Kreditini ödəyə bilməyənlərə cərimə faizi hesablanmayacaq

Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmasıı olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadıb.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, iqtisadçı Vüqar Bayramov bildirib.

V. Bayramovun sözlərinə görə, bu o deməkdir ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır. Eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməli, yəni adları “qara siyahı” adlandırılan siyahıya daxil edilməməlidir.

Deputat qeyd edib ki, Milli Məclisin 27 May 2021-ci il tarixli plenar iclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adlarının ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər