21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda təlimlər keçirilib
Tarix: 05-07-2021 11:18 | Bölmə: İqtisadiyyat
İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda təlimlər keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) eksperti Benedikt Braumanın Maliyyə Proqramlaşdırılması” (FP) mövzusunda keçirdiyi təlimlər başa çatıb.

Reyting.az
İİTK-yə istinadla xəbər verir ki, həftə boyu davam etmiş təlimdə ÜDM-in gələcək artım tempi, fiskal vəziyyətə təsir edən əsas amillər, monetar sektor və xarici sektorların VAR modelləri (Vector-Auto-Regression) və digər modellər əsasında təhlili və proqnozlaşdırılması aparılıb. Təlimdə qeyri-neft sektoru artıminın təhlili, ÜDM artımının qısa-müddətlli dövr üzrə proqnozlaşdırılması və artıma dair orta müddətli perspektivler tədqiq olunub. Təlimdə, eləcə də monetar ve xarici sektorların təhlili vasitəsilə Mərkəzdəki FP-modelinin xarici ve monetar sektor elementleri işlənməklə strukturu tamamlanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər