21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
BMT: "Kütləvi peyvəndləmə turizmin bərpasına gətirib çıxaracaq"
Tarix: 05-07-2021 16:34 | Bölmə: İqtisadiyyat
BMT: "Kütləvi peyvəndləmə turizmin bərpasına gətirib çıxaracaq"

Əhalinin böyük hissəsinin peyvəndlənməsi və rəqəmsal texnologiyaların geniş tətbiqi beynəlxalq turizmdə artıma səbəb olacaq.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Turizm Təşkilatının saytında məlumat verilib.

“Vaksinləmə səviyyəsinin yüksək olduğu və hökumətlərin razılaşdırılmış qaydalar üzərində işləmək iqtidarında olduğu istiqamətlər turizmin bərpası baxımından daha çox imkanlara malikdir”, - ÜTT-nin məlumatında deyilir.

Təşkilat onu da qeyd edir ki, səfər məhdudiyyətləri ilə bağlı regional fərqlər davam etməkdədir. Məsələn, Asiya-Sakit okean regionu üzrə istiqamətlərin 70%-i tam bağlı olduğu halda, Avropada bu göstərici 13%, Şimali Amerikada 20%, Afrikada 19%, Yaxın Şərqdə 31% təşkil edir. Əksər hallarda tam peyvənd olunmuş şəxslərə qarşı məhdudiyyətlər saxlanılmaqdadır, lakin yaxın həftələr ərzində bu baxımdan vəziyyətin əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir.

Xatırladaq ki, dünyada yalnız 3 ölkədə - Albaniya, Kosta-Rika və Dominikan Respublikasında turistlər üçün heç bir məhdudiyyət yoxdur. 2021-ci il iyunun 1-nə olan məlumata görə, dünya üzrə bütün turizm istiqamətlərindən 29%-i beynəlxalq turizm üçün tam olaraq bağlıdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər