21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bağ evlərinin kirayə haqqı artıb - Ekspert
Tarix: 06-07-2021 18:02 | Bölmə: İqtisadiyyat
Bağ evlərinin kirayə haqqı artıb

“Qəbul imtahanlarındən və ixtisas seçimindən sonra kirayə mənzil bazarında tələbin artımını müşahidə edə bilərik”.

Bunu Reyting.az-a Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, növbəti tədris ilində təhsilin ənənəvi olması ilə bağlı hələ ki hökumətin qərarı yoxdur:

“İmtahan başa çatmalı və bu qərarlar olmalıdır ki, kirayə mənzil bazarına tələb artsın. İndiki şəraitdə yalnız bağ evlərinin kirayəsinə tələb artıb. Bu da qısamüddətli dövrü əhatə edir. 2019-cu illə müqayisədə bağ evlərinin kirayə qiymətində artım müşahidə olunur. Qiymətlər müxtəlifdir. Aylığı 1000 manata olan bağ sahəsi də tapa bilərik, amma elə bağlar da var ki, onların qiyməti 10-20 min arasında dəyişir. Qiymətlər infrastruktur, yerləşmə, ölçü, eyni zamanda bağ sahəsində dincəlmək üçün imkanların mövcudluğundan asılı olaraq dəyişir”.

Ekspert qeyd edib ki, hazırda kirayə mənzil bazarında qiymətlərdə enmə müşahidə edilmir:

“Əvvəlki dövrlərlə müqayisədə ciddi azalma yoxdur. Pandemiyadan əvvəlki qiymətlər sabit qalır. Satış qiymətləri də hazırki dövr üçün sabitdir. Bu, yay ayları üçün xarakterikdir. Amma ilkin mənzil bazarında tədricən qiymət artımı müşahidə edirik. İlkin mənzil bazarındakı qiymət artımları da təkrar mənzil bazarına təsir göstərir. Yəqin ki, ilin sonuna doğru təkrar mənzil bazarında da qiymətlərin artımı müşahidə olunacaq.

İlkin mənzil bazarındakı qiymətlərin artımı istehlak qiymətlərinin, məsələn, tikinti materiallarının, torpaq bazarındakı qiymətlərin artımı ilə bağlıdır. Eyni zamanda qəbul olunan bəzi qərarlar nəticəsində tikinti şərtlərinin çətinləşməsi və xərclərin artımı buna təsir. Bu proseslər təbii ki, ilkin mənzil bazarında artımlara səbəb olur”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər