Hesablama Palatasının sədri türkiyəli həmkarı ilə müzakirə aparıb - Fotolar
Tarix: 09-07-2021 09:33 | Bölmə: İqtisadiyyat
Hesablama Palatasının sədri türkiyəli həmkarı ilə müzakirə aparıb

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 7-dən 9-dək Türkiyə Respublikasının Ankara şəhərində səfərdə olub.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Hesablama Məhkəməsi arasında 2005-ci il tarixində imzalanmış əməkdaşlıq haqqında ikitərəfli Saziş çərçivəsində təcrübə mübadiləsinin aparılması, eləcə də hər iki təşkilatın gələcəkdə birgə fəaliyyətinin prioritet istiqamətlərinin müəyyən edilməsi məqsədini daşıyan səfər zamanı Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Hesablama Məhkəməsi arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edilib.






Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb