21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Avropa Mərkəzi Bankı yerli bankların dividend ödənişini məhdudlaşdıra bilər
Tarix: 13-07-2021 10:55 | Bölmə: İqtisadiyyat
Avropa Mərkəzi Bankı yerli bankların dividend ödənişini məhdudlaşdıra bilər

Avropa Mərkəzi Bankı (ECB) avrozonada fəaliyyət göstərən bankların dividend ödənişini məhdudlaşdırmaq üçün tədbirlər görə bilər.

Bu barədə qurumun rəsmisi Marqarita Delqado məlumat verib.

Onun sözlərinə görə, ECB bankları yumşaq dividend siyasəti yürütməyə təşviq edəcək: “Əgər bunu qəbul etməsələr, daha yüksək kapital və ya keyfiyyət tədbirləri ilə bankların dividend ödənişlərini məhdudlaşdıra bilərik”.

Xatırladaq ki, tənzimləyici qurum avrozona banklarına bu il sentyabrın 30-na qədər səhmdarlarına dividend ödəməməyi və yaxud bu ödənişləri məhdudlaşdırmağı, səhmləri geri satın almağə tövsiyə edib. Bununla belə, kifayət qədər kapitala malik banklar 2019-2020-ci illərdəki bölüşdürülməmiş mənfəətlərinin bir hissəsindən dividend ödəyə bilər/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər