21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bu obyektlərin sahibləri cərimələnib - Siyahı
Tarix: 13-07-2021 16:21 | Bölmə: İqtisadiyyat
Bu obyektlərin sahibləri cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 405 ictimai iaşə obyektində 669 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər prospektində yerləşən, fiziki şəxs Əliyev Elton Pehruz oğluna məxsus kafe;

2. Bakı şəhəri, Xətai rayonu, Vunq Tau 3 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Xaçapuri park” restoranı;

3. İsmayıllı rayonu, Babək küçəsində yerləşən, fiziki şəxs Mövlamov Məhərrəm Mövlam oğluna məxsus restoran;

4. Şəki şəhəri, Giləhli 36 ünvanında yerləşən, fiziki şəxs Quliyeva Günel Fərruz qızına məxsus restoran.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər