21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir - Deputat
Tarix: 14-07-2021 10:15 | Bölmə: İqtisadiyyat
Sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir

“Dünya bazarında ABŞ dolları əsas valyutalara nisbətən möhkəmlənməkdə davam edir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Dünənki birjalarda dollar Avropa pulu da daxil olmaqla əksər səbət valyutalarına nisbətən son bir ayı ən yüksək artımla tamamlayıb”. Reyting.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramov bildirib.

Vüqar Bayramov qeyd edib ki, ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlarla bağlı olmaqla yanaşı texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəriricləri ilə əlaqələndirilir: “Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir. 335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib”.

V. Bayramov əlavə edib ki, dolların möhkəmlənməsi bir sıra starteji məhsullar bazarına da təsirsiz ötüşməyib: “Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb.

Dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da, qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib. Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel Brent markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal sistem bazarındakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayış risklərini nəzərə aldıqda uzunmüddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər