21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Beta Tea” şirkətinə görə nazirlik əməkdaşları cəzalandırılacaq
Tarix: 15-07-2021 17:13 | Bölmə: İqtisadiyyat
“Beta Tea” şirkətinə görə nazirlik əməkdaşları cəzalandırılacaq

“Haftonidə araşdırmalar başa çatmaq üzrədir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın təşkilatçılığı, ETSN nümayəndələri və digər fəalların iştirakı ilə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

Nazir müavini bildirib ki, kimlərin məsuliyyət daşıdığı aydındır: “Kənar ərazidə qırıntılar bizi məyus etdi. Vaxtında bunun qarşısını ala bilərdik. Burada obyektiv səbəb yoxdur. Biz məsuliyyətimizi bilirik, bununla bağlı məsuliyyət daşıyan əməkdaşlar cəzalandırılacaq. Haftonidə o cür qırıntılar olmamalı idi. Burada müqavilə tərəfdaşımızın, həmçinin bizim yerli qurumun məsuliyyəti var. Biz regional qurumdan soruşmuşduq, “layihə ərazisində qırıntı yoxdur” demişdilər. Orada nadir olan növlər var idi. Onların qeydiyyatı aparılır, ziyan hesablanır. Təəssüf ki onlar qorunmadı”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər