21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Natiq Cəfərli: “...Zəngəzura, Göyçəyə iş qurmağa, biznes yaratmağa gedəcəyik”
Tarix: 16-07-2021 12:29 | Bölmə: İqtisadiyyat
Natiq Cəfərli: “...Zəngəzura, Göyçəyə iş qurmağa, biznes yaratmağa gedəcəyik”

“Proqnozlara görə, 30 ildən sonra Azərbaycanın əhalisi 12,1 mln., Gürcüstanın əhalisi 2,9 mln., Ermənistanın əhalisi isə 2,8 mln. nəfər olacaq”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Ermənistanda ikili vətəndaşlıq olduğunu nəzərə alsaq, real olaraq ölkədə həmin dövrdə 2 mln. nəfərdən daha az əhali qalacaq:

“Digər proqnozlara görə, 2050-ci ildə Ermənistan əhalisinin 80 faizi İrəvanda yaşayacaq, Azərbaycanla sərhəd rayonlarda əhali daha kəskin azalacaq.

Cəmi 30 ildən sonra 18 mln.-a yaxın Cənubi Qafqaz əhalisinin 12 mln.dan çoxu Azərbaycanda yaşayacaq, Cənubi Qafqaz iqtisadiyyatının 75-80 faizini bizim ölkə təşkil edə bilər. Biz indi normal sistem qurub yaşamağa başlasaq, iqtisadiyyatımızı inkişaf etdirsək, ölkədə qüvvələr ayrımını təcəssüm etdirən idarəetmə modeli qursaq, işğaldan azad edilmiş torpaqlara yaxın 10 ildə 1,5 mln. vətəndaşımızı köçürüb orada iqtisadi fürsətlər, keyfiyyətli yaşam qura bilsək, yaxın 30 ildə məmləkətimiz bölgəmizin şəksiz lideri olacaq. O zaman Zəngəzura, Göyçəyə ev tikməyə, iş qurmağa, biznes yaratmağa gedəcəyik. Bunu sülhlə, qonşularla normal münasibət qurmaqla, iqtisadi, elmi güclə etməliyik, top-tüfənglə yox”.

Natiq Cəfərli əlavə edib ki, bizim "yumşaq güc" olmaq şansımız var: “Bunun üçün peşəkər ordu, de-fakto və de-jure ittifaqlar qurmaqla yanaşı, normal, insana xidmət edən işlək sistem də qurmalıyıq. Siyasət budur, siyəsət viziondur, hədəflərdir, sistem qurulucuğudur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər