21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan manatının dövretmə sürəti artıb
Tarix: 24-07-2021 17:48 | Bölmə: İqtisadiyyat
Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib.

Mərkəzi Bankının məlumatına görə, bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər