21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Qazaxıstanın Azərbaycana borcu artıb
Tarix: 26-07-2021 18:06 | Bölmə: İqtisadiyyat
Qazaxıstanın Azərbaycana borcu artıb

2021-ci ilin aprelin 1-nə Qazaxıstanın xarici dövlət borcu 164,1 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin əvvəli il müqayisədə 0,5% çoxdur.

Məlumata görə, Qazaxıstanın xarici borcunun 93,1%-i uzunmüddətli (1 ildən çox) xarici borcun payına düşür. Ölkənin xarici borcunun 79%-i ABŞ dollarındadır.

Ölkələrə gəldikdə, cari ilin aprelin 1-nə Qazaxıstanın Azərbaycana xarici borcu 55,8 mln. dollar təşkil edir. Bu 2021-ci ilin yanvarın 1-nə olan göstəricidən 30,8% çoxdur. Struktura gəldikdə, ölkənin Azərbaycana olan borcunun 24,8 mln. dolları bank sektorunun payına düşür. 21,1 mln. dolları digər sektorlar, 9,9 mln. dollarını isə şirkətlərarası borclar təşkil edir.

Qeyd edək ki, Qazaxıstanın xarici borcunun əsas hissəsi Niderlanda, Böyük Britaniya və ABŞ-adır. Cari ilin aprelin 1-nə ölkənin Niderlanda 44,292 mlrd. dollar, Böyük Britaniyaya 22,608 mlrd. dollar, ABŞ-a isə 13,504 mlrd. dollar məbləğində xarici borcu var/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər