21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha 5 obyektdə qaydalar pozulub - Siyahı
Tarix: 27-07-2021 16:54 | Bölmə: İqtisadiyyat
Daha 5 obyektdə qaydalar pozulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 377 ictimai iaşə obyektində 635 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi ‎ rayonu, Səməd Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs “Henry Sour Agency” MMC-yə məxsus “Henry Sour Agency” restoranı;

2. Bakı şəhəri, Yasamal rayonu, İzmir küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Şıxsəid Qurban oğluna məxsus “Ay Qonşu” restoranı;

3. Bakı şəhəri, Qaradağ ‎rayonu, Seyidov küçəsi 62c ünvanında yerləşən, fiziki şəxs Abbasova Sevinc Sabir qızına məxsus çay evi;

4. Mingəçevir şəhəri, Hüseynov küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus “Sərin otel” kafesi;

5. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Mirzəliyev Məhəmməd Ceyhun oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər