“İsrail ilə Azərbaycan əlaqələri strateji xarakter daşıyır” - Nazir
Tarix: 31-07-2021 11:35 | Bölmə: İqtisadiyyat
“İsrail ilə Azərbaycan əlaqələri strateji xarakter daşıyır”

“İsraillə Azərbaycan arasında ticarət dövriyyəsi 2020-ci ildə, neft tədarükü istisna olmaqla, təxminən 200 milyon dollar təşkil edib”.

Reyting.az
“Jerusalem Post”a istinadla xəbər verir ki, bunu İsrailin turizm naziri Yoel Razvozov bildirib.

Onun sözlərinə görə, İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır və etimad və qarşılıqlı hörmətə əsaslanır. "Son 30 ildə iki ölkənin əlaqələrində bir çox irəliləyişlərin şahidi olduq, ancaq Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin açılması başqa bir tarixi hadisədir. İki ölkə arasındakı tərəfdaşlığı daha da gücləndirəcək bu vacib qərar münasibətilə Prezident İlham Əliyevi təbrik etmək istərdim. Əlbəttə, Ticarət Evi enerji, tibb, su təmizləmə, kənd təsərrüfatı və investisiyalar kimi sahələrdə İsrailli sahibkarlar üçün bir ünvan olaraq xidmət edəcək".




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}