07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Fond Qarabağın ekologiyası üçün ianə toplayır
Tarix: 02-08-2021 16:23 | Bölmə: İqtisadiyyat
Fond Qarabağın ekologiyası üçün ianə toplayır

Qarabağ Dirçəliş Fondu Qarabağın ekologiyasının bərpası prosesini dəstəkləmək üçün vətəndaşları Qarabağ Dirçəliş Fonduna ianə etməyə çağırıb.

Qarabağ Dirçəliş Fondunun məlumatına görə, Fond Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Qarabağda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək.

Qeyd edilib ki, bu linkə daxil olmaqla ianə etmək mümkündür: https://qdf.gov.az/iane-et/ My Webpage

Qeyd edək ki, əvvəllər işğal olunmuş Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektar olub. İşğal illərində təxminən 54 min hektar meşə örtüyü ermənilər tərəfindən məhv edilib.

Ermənilərin özlərinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib.

Eldar şamı, qoz, palıd, xurma və s. daxil olmaqla qiymətli ağac növlər ciddi zərər görüb.(APA)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}