11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycanda “Aİ-98” markalı benzin bahalaşıb
Tarix: 03-08-2021 12:37 | Bölmə: İqtisadiyyat
Azərbaycanda “Aİ-98” markalı benzin bahalaşıb

Bu il avqustun 1-dən Azərbaycanda “Aİ-98” markalı benzinin 1 litrinin qiyməti 5 qəpik artırılaraq 1,55 manatdan 1,6 manata qaldırılıb.

Reyting.az
xəbər veirr ki, bu barədə SOCAR-ın yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli məlumat yaylb.

Bildirib ki, "Aİ-98” markalı benzini idxal edilir: "Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub".

Xatırladaq ki, ötən həftənin şənbə günü Azərbaycanda “Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. Bahalaşmaya səbəb məhsulun istehsalçı ölkədə qiymətinin artmasıdır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}