10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Avropa Komissiyası koronavirusla mübarizəyə 3 milyard avro ayırıb
Tarix: 03-08-2021 16:02 | Bölmə: İqtisadiyyat
Avropa Komissiyası koronavirusla mübarizəyə 3 milyard avro ayırıb

Avropa Komissiyası koronavirus (COVID-19) pandemiyasının nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqının yaratdığı antiböhran fondundan 3 milyard avro məbləğində ilk vəsaitin ayrılmasına qərar verib.

Məlumata görə, vəsaitin 770 milyon avrosu Belçikaya, 12,1 milyon avrosu Lüksenburqa, 2,2 milyard avrosu isə ilkin maliyyələşmə şəklində Portuqaliyaya veriləcək.

Beləliklə Belçika, Lüksenburq və Portuqaliya Avropa İqtisadiyyatının Bərpası Fondu (RRF) çərçivəsində ilkin maliyyələşmə alan ölkələr olub.

Avropa Komissiyasının son qiymətləndirməsinə görə, ayrılacaq vəsaitin ümumi məbləği 723,8 milyard avro olacaq/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}