21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha 6 obeykt sahibi cərimələnib
Tarix: 03-08-2021 16:29 | Bölmə: İqtisadiyyat
Daha 6 obeykt sahibi cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 424 ictimai iaşə obyektində 720 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Puşkin 5 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fikrət Rza oğluna məxsus “Anadolu” restoranı;

2. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 67 ünvanında yerləşən, fiziki şəxs İbrahimli Azad Elçin oğluna məxsus “Publo” kafesi;

3. Bakı şəhəri, Yasamal rayonu‎, Zahid Xəlilov 1 ünvanında yerləşən, fiziki şəxs İsmiyev Sərxan Musənnif oğluna məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu‎, Sultanov küçəsində yerləşən, hüquqi şəxs "Reges Restaurants" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Reges Restaurants” kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 34 ünvanında yerləşən, fiziki şəxs Axundova Sevinc Elçin qızına məxsus kafe;

6. İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən, fiziki şəxs İslamov Elburus Məzahir oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər