21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
“Azəri-Çıraq-Günəşli” yataqlarından neft hasilatı azalıb
Tarix: 06-08-2021 11:43 | Bölmə: İqtisadiyyat
“Azəri-Çıraq-Günəşli” yataqlarından neft hasilatı azalıb

Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” yataqlarından gündə orta hesabla 468 min barel və ümumilikdə 85 milyon barel və yaxud 11 milyon ton neft çıxarılıb.

“BP-Azerbaijan” şirkəti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azdır.

6 ay ərzində ayrı-ayrı platformalar üzrə hasilat aşağıdakı kimi olub.

“Çıraq” - 30 min barel (8 min barel az);

“Mərkəzi Azəri” - 111 min barel (12 min barel az);

“Qərbi Azəri” - 118 min barel (4 min barel az);

“Şərqi Azəri” 78 min barel (12 min barel çox);

“Dərinsulu Günəşli” - 88 min barel (8 min barel az);

“Qərbi Çıraq” 43 min barel (10 min barel az).

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq II rübdə Qərbi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

Plana əsasən “Qərbi Azəri” platformasından hasilat təxminən 13 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

II rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu (2 quyu çox), 44 su injektor quyusu (2 quyu çox) və 8 qaz injektor quyusu (1 quyu çox) istismarda olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər