21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Karantin qaydalarını pozan 7 müəssisə cərimələnib - Siyahı
Tarix: 16-08-2021 16:40 | Bölmə: İqtisadiyyat
Karantin qaydalarını pozan 7 müəssisə cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 15-də ölkə üzrə 405 ictimai iaşə obyektində 691 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu‎, T. Əliyarbəyov küç., ev 14m ünvanında yerləşən, hüquqi şəxs "Özsüt Azerbaijan" MMC-yə məxsus “Özsüt” restoranı;

2 .Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 83 ünvanında yerləşən, fiziki şəxs Samed Batuhan Çoban oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus restoran;

4. Bakı şəhəri, Nəsimi rayonu, Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus restoran;

5. Bakı şəhəri, Nəsimi rayonu, Səfəroğlu küçəsi 170 ünvanında yerləşən, fiziki şəxs Şahmurov Natiq Aqil oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küç., ev 67, m. 3 ünvanında yerləşən, fiziki şəxs İbrahimli Azad Elçin oğluna məxsus “Publo” kafesi;

7. Bakı şəhəri, Nərimanov rayonu, Neymətulla küçəsi 80 ünvanında yerləşən, fiziki şəxs Həsənov Ruslan Arif oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər