21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha 6 sahibkar cərimələnib
Tarix: 17-08-2021 17:16 | Bölmə: İqtisadiyyat
Daha 6 sahibkar cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AaQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 16-da ölkə üzrə 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu‎, Heydər Əliyev pr. 1 ünvanında yerləşən, hüquqi şəxs "Bakı Abadlıq Xidməti" MMC-yə məxsus “Bulud” kafesi;

2. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 249F ünvanında yerləşən, fiziki şəxs Məmmədova Həqiqət Müzəffər qızına məxsus “Taksim Kabab” restoranı;

3. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 140 ünvanında yerləşən, fiziki şəxs Abbasov Akif Elşən oğluna məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., 3154-ci məhəllədə yerləşən, fiziki şəxs Qəhramanov Zaur Nəriman oğluna məxsus pub;

5. Bakı şəhəri, Sabunçu ‎rayonu, Mehmandarov küçəsi 139 ünvanında yerləşən, fiziki şəxs İsayev Azərə məxsus “Barış” restoranı;

6. Sumqayıt şəhəri, Bələdiyyə parkının ərazisində yerləşən, fiziki şəxs İsayev Mehman Xandadaş oğluna məxsus "Zeytun” kafesi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər