21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Dünya bazarlarında təbii qazın və neftin qiyməti artıb
Tarix: 20-08-2021 09:23 | Bölmə: İqtisadiyyat
Dünya bazarlarında təbii qazın və neftin qiyməti artıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Reyting.az
xəbər verir ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,15 faiz artaraq 3,87 ABŞ dolları təşkil edib.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində isə Brent neftinin ixracına dair 2021-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,45 faiz artaraq 1 barelə görə 66,75 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,61 faiz artaraq 64,08 dollar təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər