21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Daha 3 obyektdə qaydalar pozulub
Tarix: 20-08-2021 16:57 | Bölmə: İqtisadiyyat
Daha 3 obyektdə qaydalar pozulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 19-də ölkə üzrə 269 ictimai iaşə obyektində 449 monitorinq keçirilib və 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:

1. Bakı şəhəri, Nəsimi rayonu, Behbudov 40 ünvanında yerləşən, fiziki şəxs Yusifova Fidan Şahin qızına məxsus “Gastrobar” kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında ‎yerləşən, fiziki şəxs Xəlilov Gülabi Vaqif oğluna məxsus “Palma” kafesi;

3. Kürdəmir rayonu, Qaraqocalı kəndində yerləşən, fiziki şəxs Sədiyev Əfqan Abdulla oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər