21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan iqlimə davamlı enerji strategiyaları hazırlayır
Tarix: 20-08-2021 17:46 | Bölmə: İqtisadiyyat
Azərbaycan iqlimə davamlı enerji strategiyaları hazırlayır

Azərbaycanda istehsal olunan enerjinin böyük hissəsi ənənəvi yanacaqlardan alınsa da, hidroelektrik enerji istehsalı ölkənin istehsal gücündə mühüm rol oynayır.

Bu barədə Dünya Bankı (WB) və Asiya İnkişaf Bankının (ADB) birgə hazırladığı “İqlim Riski olan ölkələrin profili” hesabatında bildirllib.

“Azərbaycanda hidroelektrik enerji istehsalı 2010 -cu ildə ümumi istehsalın 18 % olduğu halda, 2016 -cı ildə isə 8 %-ni təşkil edib. Gələcək onilliklərdə yağışın yağımı ilə bağlı proqnozlarda çox az dəqiqlik olsa da, buzlaqların sürətlə əriməsi və buxarlanmanın artması Azərbaycanın bu şəkildə enerji istehsal etmək qabiliyyətinə zərər vurma potensialına malikdir”, - hesabatda bildirilib.

Qeyd edilib ki, Azərbaycan milli inkişaf çərçivəsində iqlimə davamlılıq tədbirlərini gücləndirmək üçün uzunmüddətli, aşağı emissiyalı inkişaf strategiyaları hazırlayır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər