10:13 / 25-04-2025
Kibertəhlükə artır - Video
09:54 / 25-04-2025
Bəzi çaylarda su artıb
SOCAR-ın neft ehtiyatları azalıb
Tarix: 23-08-2021 15:01 | Bölmə: İqtisadiyyat
SOCAR-ın neft ehtiyatları azalıb

2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 6,5 % azalaraq 112 milyard 350 milyon ton təşkil edib.

Bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən neft ehtiyatları 61 milyard 311 milyon ton (illik müqayisədə 8,7 % az), istehsala daxil edilməyən neft ehtiyyatları 6 milyard 755 milyon ton (1,9 % az), işlənmiş neft ehtiyyatları 68 milyard 066 milyon ton (8 % az), işlənməmiş neft ehtiyyatları 44 milyard 284 milyon ton (4,1 % az) təşkil edib.

Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib/Report.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb