10:13 / 25-04-2025
Kibertəhlükə artır - Video
09:54 / 25-04-2025
Bəzi çaylarda su artıb
Daha 3 obyektdə qaydalar pozulub
Tarix: 23-08-2021 16:05 | Bölmə: İqtisadiyyat
Daha 3 obyektdə qaydalar pozulub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 22-də ölkə üzrə 383 ictimai iaşə obyektində 637 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Yusifov Akif Yusif oğluna məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, İslam Səfərli küç., ev 3m ünvanında yerləşən, fiziki şəxs Xudiyev Nicat Etibar oğluna məxsus kafe;

3. Oğuz rayonu, Calut kəndində yerləşən, fiziki şəxs Talıbzadə Anar İlqar oğluna məxsus kafe.




Bölməyə aid digər xəbərlər
17-04-2025, 15:03 ARDNF-in aktivləri artıb