23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Daha 49 dövlət əmlakı hərraca çıxarılacaq
Tarix: 23-08-2021 18:49 | Bölmə: İqtisadiyyat
Daha 49 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin növbəti hərrac sentyabrın 21-də keçiriləcək.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, hərraca 49 dövlət əmlakı çıxarılacaq. Bunlardan 17-si kiçik dövlət müəssisəsi və qeyri-yaşayış binası, 32-si nəqliyyat vasitəsidir.

Qeyd edək ki, özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}