21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bu obyektlərin sahibləri cərimələnib - Siyahı
Tarix: 24-08-2021 17:29 | Bölmə: İqtisadiyyat
Bu obyektlərin sahibləri cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 23-də ölkə üzrə 415 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal ‎rayonu‎, A. Rəhimov küç., ev 245 ünvanında yerləşən, fiziki şəxs Şərifov Emilə məxsus restoran;

2. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesində‎ yerləşən, fiziki şəxs Allahverdiyev Elçin Mürvət oğluna məxsus çay evi;

3. Bakı şəhəri, Sabunçu ‎rayonu, Ruhulla Axundov küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus kafe;

4. Bakı şəhəri, Yasamal ‎rayonu‎, Naxçıvani küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Turabov Musa Nadir oğluna məxsus kafe;

5. Bakı şəhəri, Xətai ‎rayonu, Xocalı pr. 63 ünvanında yerləşən, fiziki şəxs Rəhimli Ramil Bilal oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov küçəsi 86B ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Anar Əlövsət oğluna məxsus “Secrett” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər